“Alternativ enerji” ilə bağlı ən maraqlı ideya

2016/2017-ci tədris ilinin mart ayı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində “Alternativ enerji” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. Bu istiqamətdə məktəbdə müxtəlif fəaliyyətlər həyata keçirilir. Məktəbimizdə 17 mart 2017-ci il tarixdə “Alternativ enerji” mövzusunda dəyirmi masa keçirildi. Burada məqsəd “Alternativ enerji” ilə bağlı ən maraqlı ideyalar, onun həlli yollarını təqdim etdək idi ki, müzakirədə şagirdlərimiz fəal iştirak etdilər.Bu layihə ətrafında tədqiqat və araşdırma aparan şagirdlərimiz maraqlı təqdimatlar hazırlamışlar.Tədbirdə 34 şagird və məktəb rəhbərliyi iştirak etdi. Tədbirin keçirilməsində əsas məqsəd gələcəkdə Respublikamızda hansı alternativ enerji mənbələrinin daha aktual olacağı yollarını müzakirə etmək idi. Çıxış edən şagirdlər altenativ enerji mənbələri kimi istifadə edilə biləcək həll yolları barədə aşağıdakı ideyaları irəli sürdülər:1.Yeni tikilən binaların damında günəş enerji sistemləri üçün ərazi ayırmaq.2.Ucqar rayonlarda enerjiyə olan tələbatı ödəmək üçün kiçik su elektrik stansiyaları və biokütlədən (təzək, gərmə ) istifadə etmək.3.Dalğaların gücündən istifadə edib , enerji almaq.4.Pambıq bitkisindən alınan yağı metanolla qarışdırıb yanacaq almaq.5.Çayların üzərindəki şəlalələrin gücündən maksimum dərəcədə istifadə edib enerji əldə etmək.6.Gələcəkdə baha başa gəlsə də, geotermal ehtiyatlardan, küləyin gücündən istifadə etmək məqsədəuyğundur.7.Naxçıvanın energetika şəbəkəsi Azərbaycanın energetika şəbəkəsindən təcrid olunmuşdur.Ona görə Naxçıvanda kiçik su elektrik stansiyalarının gücündən istifadə edib, enerjiyə olan tələbatı ödəmək olar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi