Bakı Humanitar Kollecinə ekskursiya

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.4.6-cı bəndinə əsasən “Özülü düzgün atılmış bu gün” – inamlı sabahın qarantıdır” fəaliyyəti üzrə şagirdlərin ixtisas seçiminə düzgün istiqamətləndirilməsi,kömək göstəriməsi məqsədilə bir qrup 9-cu sinif şagirdləri və müəllimlərimiz bu gün Bakı Humanitar kollecinin qonağı oldular. Kollecin əməkdaşlıarı şagirdlərimizə ayrı-ayrı fakültələr və ixtisaslar barədə ətraflı məlumatlar vermiş, kollecin tədris otaqları prosesi ilə onları tanış etmişlər. Şagirdlərimiz kollecin tələbələri ilə ixtisaslar və tələbəlik həyatı barədə maraqlı söhbətlər etmiş, texnologiya, təsviri incəsənət fakultəsinin tələbələri şagirdlərimizə özlərinin hazırladıqları rəsm və əl işlərini nümayiş etdirmişlər. Sonra kollec rəhbərliyinin dəvəti ilə şagirdlərimiz kollecin müəllim və tələbələrinin hazırladıqları Novruz şənliyinə tamaşa etdilər. Humanitar kollecə edilən ekskursiyadan şagird və müəllimlərmiz gözəl təəssüratlarla qayıtdılar. Ekskursiyanın təşkilində göstərdiyi dəstəyə görə Humanitar kollecinin rəhbərliyinə təşəkkür edirik. İnanırıq ki, gələcəkdə həmin kollecin tələbələri arasında şagirdlərimiz də olacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi