Alternativ enerji mənbələri - "Kosmosda ev"

2016/2017-ci tədris ilinin mart ayı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində “Alternativ enerji” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. Mart ayının sonunda icra olunan fəaliyyətlərdən irəli gələrək “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası”nın seçilib elan olunması nəzərdə tutulmuşdur.Bu istiqamətdə məktəbdə müxtəlif fəaliyyətlər həyata keçirilir. Bunlardan biri də 16 mart 2017-ci il tarixdə təşkil edilmiş “Kosmosda ev” adlı tədbir idi. Tədbirdə fiziklər: BDU-nun professoru Taləddin Bağırov, 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralov, valideynlər, müəllim və şagirdlər iştirak edirdi. Tədbir zamanı şagirdlər araşdırmalar nəticəsində alternativ enerji mənbələri və onların tətbiqi haqqında hazırladıqları təqdimatlarını nümayiş etdirdilər. Qeyd etdilər ki, bərpaolunan, ya da “yaşıl enerji” insan varlığı miqyasında tükənməz enerjidir. O, təbiətdə hər an təbii olaraq mövcud olan proseslərin insanların ehtiyacları üçün istifadə olunması ilə əldə olunur. O, bu gün o qədər də çox yayılmamış, ancaq ətraf mühiti təmizlikdə saxlamaq və iqtisadi səmərililik baxımından əlverişlidirlər. Şagirdlər bərpaedilən enerji çeşidləri haqqında ətraflı məlumat verərək söylədilər ki:1. Küləyin enerjisi ilə atmosferdəki hava kütlələrinin təbii enerjisi elektrik, mexanik, istilik və s. təsərrüfatda işlənilən enerjilərə çevirilir. Bu da çeşidli mühərriklərlə həyata keçirilir.2. Helioenergetika (Günəş energetikasıhər) hər hansı çeşid enerjinin günəşdən alınmasıdır. Günəş enerji alınması üçün tükənməz mənbədir və ekoloji cəhətdən təmizdir. 3. Alternativ Hidroenergetika su enerjisinin təbii yolla istifadəsidir. Bunlar dəniz sularının artmasının dalğaların enerjisini insan tələbatını ödəyən enerjiyə çevirilməsi yolu ilə alınır.4. Geotermal energetika yerin dibində olan enerjinin geotermal stansiyalarının araçılığı ilə istifadə edilməsi ilə elektrik və başqa çeşid enerjilərin alınmasıdır.5.Bioyanacaq alternativ yanacağın bir növü olaraq, bitki ya da heyvan məhsullarından istehsal edilir. Bioyanacağın daha yayılmış növləri bioetanol, biodizel və bioqazdır.Sonra məktəbin şagirdləri Hüseynli Nicat və Baxşəliyev Telmanın birlikdə hazırladıqları “Kosmosda ev” adlı qurğunu nümayiş etdirdilər, onun enerji təchizatı məqsədilə tətbiq etdikləri elementlər, onların istifadəsi nəticəsində əldə olunan enerji barədə ətraflı məlumat verdilər. Sonda qonaqlara söz verildi. BDU-nun professoru T.Bağırov şagirdlərin elmə marağını və təqdimatlarını müsbət qiymətləndirərək onlara uğurlar arzuladı. TYM-nin direktoru H.Qaralov şagirdlər tərəfindən fizika fənninin daha yaxşı mənimsənilməsində praktik məşğələlərin əhəmiyyətini vurğuladı. Valideynlər adından Əsmər xanım, hərbi jurnalist Lalə xanım çıxış edərək tədbirdən məmnunluqlarını bildirdilər. Məktəbin direktoru H.Mahmudova şagirdlərə və qonaqlara təşəkkürünü bildirdi, alternativ enerjinin həyatımızda əhəmiyyətini qeyd edərək şagirdlərə əldə etdikləri axtarış və nəticələri gələcəkdə tətbiq etmələrini arzuladı. Tədbir zamanı məktəbin Kiçik Akademiyasının prezidenti Nicat Hüseynlinin və şagirdlərin təklifi ilə BDU-nun professoru T.Bağırov Kiçik Akademiyanın fəxri prezidenti seçildi. T.Bağırov məmnuniyyətlə təklifi qəbul etdi və hər zaman məktəb Kiçik Akademiyasına dəstək verəcəyini bildirdi.Şagirdləri universitetin fizika laboratoriyasına dəvət etdi.Sonda fərqlənən şagirdlər diplom və sertifikatlarla rəğbətləndirildi.