Mütaliə mədəniyyətinin formalaşdırılması - "Göyçək Fatma" nağılı
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinin icrası istiqamətində 19.05.2015-ci il tarixdə Binəqədi rayonu N.Babayev adına 144 N-li tam orta məktəbdə növbəti tədbir keçirilmişdir. Gənc nəslin dünyagörüşünün zənginləşdirilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin inkişaf etdirilməsi məqsədi ilə şagirdlər ibtidai siniflərdən başlayaraq maraqlı tədbirlərə cəlb edilirlər.Tədbirdə Bakı şəhəri Təhsil İdarəsinin əməkdaşları: Vəzuhə xanım və Sədaqət xanım, F.Köçərli adına mərkəzi uşaq kitabxanasının rəhbərliyi, məktəbin müəllimləri və valideynlər iştirak etdi. Tədbirdən öncə məktəb foyesində təşkil "Nağıllar aləmində" adlı kitab sərgisi azyaşlı oxucuların böyük marağına səbəb oldu. Sonra məktəbin ədəbiyyat müəllimi Abbasova Şəhlanın rəhbərliyi ilə 8b sinif şagirdlərinin ifasında "Göyçək Fatma" nağılı səhnələdirilərək şagirdlərə təqdim edildi. Şagirdlərin tamaşada rollarını yüksək səviyyədə oynamaları nəinki balaca tamaşaçıları, eləcə də tədbirdə iştirak edən qonaqları da valeh etmişdi. Gənclərin ifasında təqdim edilən nağıl tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.