Dünyamızı təmiz saxlayaq və qoruyaq -İMƏCİLİK

Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Ekologiya və İqtisadiyyat” mövzusunda məktəbdə növbəti tədbir təşkilatçı müavini K.Mirzəliyevanın rəhbərliyi və ibtidai sinif müəllimləri X.Hümbətova, T.Kərimovanın təşkilatçılığı və şagirdlərinin iştirakı ilə "Ekologiyanı qorumaq hamımızın borcudur" adlı iməcilik bu dəfə məktəb yaxınlığında salınmış parkda təşkil edildi. Binəqədi rayonu 2 saylı SİƏD rəhbərliyinin dəstəyi ilə parkda şagirdlərimiz park ərazisində səliqə-sahman işləri apardıqdan sonra parka dincəlməyə gəlmiş ərazi sakinlərini bayram xonçasına qonaq etdilər. Sonra bayram tonqalı ətrafında birlikdə rəqs etdilər. Tədbirin sonunda şagirdlər orada olan ərazi sakinlərinə “Ekologiya-sağlam həyat tərzidir” mövzusunda hazırladıqları bukletləri payladılar.