"Çərşənbə iməcilikləri"

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini "Təhsili Dəyərə Çevirək" devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri "Ekologiya və Sağlamlıq" dır. Ekoloji dünyagörüşə malik insanlar yetişdirmək üçün ekoloji bilik, ekoloji mədəniyyət və etikanın formalaşdırılması istiqamətində Novruz bayramı və Torpaq çərşənbəsində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərdən biri də "Çərşənbə iməcilikləri" dir. Fəaliyyətdən irəli gələrək Novruz bayramı ərəfəsində müəllim, şagird kollektivinin iştirakı ilə məktəbyanı ərazilərdə iməcilik həyata keçirilmişdir. 14 mart 2017-ci il tarixində məktəbin sinif otaqları və ətraf ərazisində keçirilmiş iməcilikdə iştirak edən şagirdlərə Novruz adətlərindən biri olan bayramqabağı təmizlik və abadlıq işlərinin aparılması haqqında məlumat verilmiş, məktəbin müəllimləri şagirdlərə torpaq belləmə, torpağa qulluq qaydalarını izah edib və əyani olaraq göstərmişlər. İməcilik zamanı şagirdlər sinif otaqlarını səliqəyə salmış, məktəbyanı sahənin bir hissəsi alaq otlarından, tullantılardan təmizlənmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi