“Ailə Akademiyası” məktəbimizin qonağı oldu

Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığına əsasən, “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən ümumtəhsil məktəblərində 2016-2017-ci dərs ilində nəzərdə tutulan “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbirlər davam edir. “Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti görüş Binəqədi rayonunda yerləşən 144 №-li tam orta məktəbdə baş tutdu. Akademiyanın əməkdaşı ailə və uşaq psixoloqu Şəhla Hilalqızının təqdimatında keçən " Uşaqlarda özünəgüvən hissi və onun qaldırılması yolları" mövzusunda görüşdə məktəbin müəllimləri və valideynlər iştirak edirdi. Maraqlı keçən görüşdə müəlim və valideynlər tədbirin fəal iştirakçısı olmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi