Yel çərşənbəsi

Məktəbin fəaliyyət planının 1.3.20-ci bəndinə əsasən milliliyin, milli-mənəvi dəyərlərin təbliği, milli bayramlarımızın qeydolunması ilə xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması məqsədilə Novruz yaradılışın mərhələlərini işarələyən 4 ünsür ilə (su, od, külək və torpaq) əlaqədar ənənələr məktəbimizdə davam etdirilir. Bu 4 ünsürdən biri olan Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.İnama görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel Tanrısına etiqadı ilə bağlıdır.Məktəbin şagirdləri tərəfindən Yel çərşənbəsi qeyd olundu. Şagirdlər Yel çərşənbəsinə həsr olunmuş bayatılar söylədilər, rəqslər ifa etdilər. Kosa və Keçəl balaca iştirakçıları əyləndirdi, birlikdə yumurta döyüşdürdülər. Tədbirdə şagirdlər, müəllim və valideynlər iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi