ALPLogo mühitində proqramlaşdırma" olimpiadası qalibi mükafatlandırılması
16 may 2015 il tarixində 5-7 siniflər arasında keçirilən "ALPLogo mühitində proqramlaşdırma" olimpiadasının qalibləri mükafatlandırıldı. Tədbirdə 1,2,3, və 4 yer tutan şagirdlər, onların müəllimləri, valideynləri iştirak edirdi. Eyni zaman müəllimlər arasında "ALPLogo mühitində ən maraqlı təsvir" elan edilən müsabiqənin qalibləri də mükafatlandırıldı. Tədbir Bakı ş. 202 saylı məktəbdə təşkil olunmuşdur. Qeyd edək ki, olimpiada artıq 2 ildir keçirilir. Bu il olimpiadada 7-ci siniflər də iştirak edirdi. İştirakçıların sayı 155 nəfər idi. Azərbaycanın 13 şəhərində olimpiada mərkəzləri açılmişdır. Sevindirici haldır ki, mükafatlandırılan qaiblər arasında məktəbin 6-cı sinif şagirdi Cəbiyeva Fəxriyyə də var. Təbrik edirik!