Şagirdləri valideynləri ilə birgə “Oxu günü”nə dəvət etdik

Dövrümüzün ən böyük problemlərindən biri vaxt çatışmazlığıdır. Bu qaçaqaçlı zamanlarda bəzən kitab oxumağa, övladlarla səmərəli vaxt keçirməyə belə imkan tapmaq çətinləşir. Bütün bunları nəzərə alaraq şagirdləri valideynləri ilə birgə “Oxu günü”nə dəvət etdik. Dərsdən sonra şagirdlərin asudə vaxtlarının daha səmərəli keçirilməsini qarşıya məqsəd kimi qoyan “Oxu günü” layihəsində hər həftənin təyin edilmiş günü şagirdlərə valideynləri tərəfindən hekayə, nağıl, maarifləndirici məqalə və s. oxunması və müzakirəsi nəzərdə tutulub. Beləliklə, düşünürük ki, şagirdlər həm yeni-yeni məlumatlar əldə edəcək, həm də bu prosesdə valideynlərin iştirakı onları daha həvəsli və xoşbəxt edəcək. 5 A sinfi ilə bu gün məktəb kitabxanasında sinif rəhbəri Cəmalə Dadaşovanın təşkilatçılığı və kitabxana üzlərinin köməyi ilə baş tutan prosesdə şagirdlərdən Aslanlı Cavidanın valideyni Natəvan xanım uşaqlar üçün Melisa Hiqinzin “İtələmək gülməli deyil” kitabını oxudu. Şagirdlər bu kitab vasitəsi ilə həm də bullinqin növləri və mənfi cəhətləri, həm də ondan necə qorunmalı olduqları haqqında məlumat aldılar. Təşkil olunan bu prosesin davamlı və şagirdlər üçün faydalı olacağını ümid edirik. ‎ ‎

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi