Valideynlərlə görüş keçirildi.
Kiçik yaşlı problemli şagirdlərin ailədaxili (valideyn-övlad) münasibətlərinin, münasibətlər fonunda qorxu və narahatlıqların motivlərinin,
ümumi və orta təhsil pilləsində şagird nailiyyətinin yüksəldilməsi istiqamətində təlimdə geri qalan şagirdlərin geriqalma səbəblərinin və birinci sinif (məktəbəhazırlıq qruplarının) şagirdlərinin məktəbə adaptasiyası zamanı yaranmış problemlərin aşkara çıxarılması məqsədilə valideynlərlə görüş keçirildi. Görüş məktəbin direktoru H. İlahə xanım, məktəbin psixoloqu O. Səbinə xanım və qonaq qismində iştirak etmiş psixoloq Ə. Mehriban xanım tərəfindən təşkil olunmuşdur.