Yeniyetmə oğlan və qızlar arasında dostluq münasibətlərinin mahiyyətini aydınlaşdırmaq məqsədilə təşkilat saatı çərçivəsində 8-ci sinif şagirdləri ilə çox maraqlı bir məşğələ keçirtdik.
Yeniyetmə oğlan və qızlar arasında dostluq münasibətlərinin mahiyyətini aydınlaşdırmaq məqsədilə təşkilat saatı çərçivəsində 8-ci sinif şagirdləri ilə çox maraqlı bir məşğələ keçirtdik.
Səmimi, rahat bir mühitdə ünsiyyət qurmaq üçün məktəbimizin yaxlnlığında yerləşən Milli Book Cafe də şagirdlərlə görüşməyi qərara aldıq.
Məşğələ "Mən kiməm" fəaliyyəti ilə başladı. Hər bir şagird kağızda öz ad, soyadını yazdı, qarışdırılan kağızlar müxtəlif şagirdlər tərəfindən seçildi. Daha sonra şagirdlər seçdikləri kağızda adı qeyd olunan şagird haqqında təqdim edilmiş sualları cavablandırmaqla qısa bir xasiyyətnamə verdilər.
Fəaliyyətin mahiyyəti ondan ibarət idi ki, hər kəs onun haqqında deyilən fikirləri dinləyir və insanların kənardan onu necə qəbul etdiklərini, özünü necə dəyişməli olduğunu öyrənirdi.
Məşğələ ,həqiqətən də, şagirdlərdə xüsusi maraq oyatdı, onlar həm də yeniyetmə oğlan və qızların səmimi dostluq münasibətlərinin qurulması barədə diskusiya da etdilər.