Şagird davranış qaydaları üçün təşkil olunan komissiya üzvlərinin birlikdə müzakirə təşkil olundu
Hər sahədə inkişafın olmağı üçün vacib amillərdən biri də nizam- intizamdır. Nizam-intizamın, qaydaların olmadığı və ya mövcud qaydalara əməl olunmayan sahənin inkişafı ləng olacaqdır.
Bu səbəbdən məktəbdə silsilə iclaslar, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektorların şagirdlər ilə görüşü, valideyn görüşləri, şagirdlər ilə söhbətlər aparıldı.
Bu gün isə yekun olaraq bu tədris ili başlayandan bəri məktəbdə nizam-intizam qaydalarını pozan, dərsə davamiyyəti aşağı olan şagirdlərin siyahısı tərtib edildi, şagird davranış qaydaları üçün təşkil olunan komissiya üzvlərinin birlikdə müzakirəsi təşkil olundu. Şagirdlərin valideynlərinə təqdim edilmək üçün bildirişlər yazıldı.
Daha sonra müəllimlər şagirdlərin təlim nəticəsinin yüksəldilməsi, şagirdlərin məktəbə marağının artırılması üçün müəyyən təklifləri səsləndirdilər. Sonda təkliflərə əsasən müəyyən qərarlar qəbul edildi.