İngilis dili üzrə fənn müəllimlərinin forumu

04.03.2017-ci il tarixdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində ingilis dili üzrə fənn müəllimlərinin forumu keçirilmişdir. Forumun əsas məqsədi ingilis dili fənnini tədris edən, ingilis dili üzrə yeni proqramlarda işləyən və ingilis dilində nitq inkişafından əlavə fənlərin tədrisi ilə məşğul olan müəllimlərin metodiki yanaşma və təcrübələrinin mübadiləsini təmin etməkdir. Foruma məktəbimizin ingilis dili müəllimləri də qatılmışlar.