03.03.2017-ci il tarixdə İnformatika fənni üzrə məktəblərarası bilik yarışı keçirildi. Yarışda məktəbin Kiçik Akademiyasının İnformatika fənn blokunun üzvlərindən ibarət komanda və 217 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər. Komandalararası yarış 3 mərhələdə keçirildi. 7-ci sinif səviyyəsində tərtib edilmiş sualları hər iki komandanın üzvləri fəallıqla cavablandırırdılar. Sonda yarış iştirakçıları diplomlarla təltif olundu və birlikdə xatirə şəkli çəkildi.