"Azərbaycanın tarixi və etnoqrafiyası”-açıq dərs- EKO AYLIQ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin fevral ayında “Ekoloji mədəniyyət və incəsənət," " Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. Layihə çərçivəsində tarix müəllimi Mədinə Əsgərovanın rəhbərliyi ilə "Azərbaycanın tarixi və etnoqrafiyası” mövzusunda 7-ci sinif şagirdlərinin iştirakı ilə açıq dərs keçirildi. Dərsdə doğma diyarımızn etnoqrafiyası mövzusunda hazırladıqları tədqiqat işlərini təqdim etdilər. Sonra xalq sənətkarlığının ayrı-ayrı növləri barədə şagirdlərin apardıqları araşdırdmalar əsasında fikir mübadiləsi apardılar, bir-birinə suallar verərək maraqlı müzakirə təşkil etdilər, milli irsimizin qorunub saxlanması və təbliği ilə bağlı təkliflərini səsləndirdilər.