“Azərbaycan folkloru” -Od çərşənbəsi - EKO AYLIQ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin fevral ayında “Ekoloji mədəniyyət və incəsənə",." Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. Layihə çərçivəsində ekoloji mədəniyyət və incəsənətin təbliği məqsədilə 28 fevral 2017-ci il tarixdə ibtidai sinif müəllimi Ceyhunə Novruzovanın rəhbərliyi ilə şifahi xalq ədəbiyyatımıza həsr edilmiş “Azərbaycan folkloru” -Od çərşənbəsi mövzusunda 2b sinif şagirdlərinin iştirakı ilə ədəbi- bədii kompozisiya təşkil edilmişdir. Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdür.Bu hisslərin ilk nümünələri isə əmək nəğmələridir. Folklorun digər formaları : nağıllar, dastanlar, hikmətli sözlər və s. nümunələrdir. Şifahi xalq ədəbiyyatı kollektiv yaradıcılıq olduğu üçün xalqın çox hissəsinin arzu və istəklərini, müxtəlif hadisələrə münasibətini, tərbiyəvi görüşlərini özündə əks etdirir. Tədbirdə şagirdlər Folklor nümunələri - bayatılar, yanıltmaclar,lərsanamalar, holavarlar, laylalar, tapmacalar söylədilər. Mövsüm nəğmələri, bayramları haqqında məlumat verdilər. Od çərşənbəsi münasibətilə hazırladıqları mahnı və rəqsləri ifa etdi.