Azərbaycan xalçaları -EKO AYLIQ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin fevral ayında “Ekoloji mədəniyyət və incəsənət"," Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. Layihə çərçivəsində ekoloji mədəniyyət və incəsənətin təbliği ilə məqsədilə 28 fevral 2017-ci il tarixdə ibtidai sinif müəllimi Xatirə Hümbətovanın rəhbərliyi ilə xalqımızın maddi-mənəvi irsinin gözəl nümunələrindən biri sayılan xalçaçılıq sənətinə həsr edilmiş “Azərbaycan xalçaları” mövzusunda 4b sinif şagirdlərinin iştirakı ilə ədəbi- bədii kompozisiya təşkil edilmişdir.Tədbirdə şagirdlər, müəllim və valideynlər iştirak edirdi. Xalçalar firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün ən qədim ixtiralardan biri olmaqla yanaşı, əsrlər boyunca həm də incəsənətin ən yaxşı növlərindən biri olmuşdur. Şagirdlər xalça və onun növləri barədə topladıqları məlumatları, xalçalar tərənnüm edilən şeirlər söylədilər. Azərbaycan xalçasının dəyərini heç bir cümlə, heç bir fikir bu qədər düzgün əks etdirmir: "Itə ataram, yada satmaram". Yazıçı Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərində yoxsul, çörək puluna ehtiyacı olan Sona xanımın dili ilə deyilən bu söz əslində Azərbaycan xalçasına xalqın sevgisini ifadə edir. Şagirdlərin ifasında əsərdə xalqımızın xalçaya verdiyi dəyər əks olunan bu hissəsi səhnələşdirilərək qonaqlara təqdim edildi. Sonra onlar xalçalar mövzusunda hazırladıqları esseləri, çəkdikləri rəsmləri nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi