Danışıq klubu yaradıldı

Bu gün məktəbdə ingilis dili müəllimi Vəfa Səlimovanın təşəbbüsü və təşkilatçılığı ilə danışıq klubu fəaliyyətə başladı. Burada məqsəd ingilis dilinin tədrisi keyfiyyətinin artırılması və şagirdlərdə ingilis dilində ünsiyyət bacarıqlarının yaradılması, inkişaf etdirilməsi idi.Şagirdlər danışıq klubunun yaradılmasını sevinclə qarşıladılar.İlkin olaraq 4,5-ci sinif şagirdləri iştirak etdilər. İngiliscə filmə tamaşa etdikdən sonra Vəfa müəllim tərəfindən qoyulan suallar ətrafında onlar fikir mübadiləsi aparır, söz ehtiyatlarından istifadə etməyə çalışırdılar. Vəfa müəllimə təşəkkür edir və danışıq klubu üzvlərinə uğurlar diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi