Televiziya məkanında ana dilinin təmizliyi - EKO AYLIQ

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də“Ekologiya və Sağlamlıq”dır. “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin fevral ayında “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. Bunlardan biri məktəbin Azərbaycan dili müəllimi Həcər Vəliyevanın rəhbərliyi ilə Azərbaycan xalqının sərvəti və milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq ana dilimizin saflığının qorunub saxlanması mövzusunda təşkil etdiyi “Televiziya məkanında ana dilinin təmizliyi” adlı dəyirmi masanı qeyd etmək olar. Şagirdlər televiziya verilişlərində dil qaydalarının bu və ya digər formada pozulması barədə topladıqları məlumatları söylədilər, hazırladıqları təqdimatları nümayiş etdirdilər. Bildirdilər ki, televiziya dilində nitq prosesi zamanı müəyyən yayınmalar mövcuddur. Müasir televiziya məkanında səslənən dil ədəbi tələffüz normalarına əməl edilməklə işlədilməli olan milli-mədəni dildir. Təbiidir ki, ədəbi dil normalarının təbliğində və nitq mədəniyyəti problemlərinin praktik həllində TV-nin rolu böyükdür. Bu gün tamaşaçıları ekran nitqinin düzgünlüyündən çox, mövzunun, verilişlərin məzmunu daha çox maraqlandırır. Aydındır ki, bu verilişləri izləyən adi tamaşaçı ekran dilinin səviyyəsini müəyyənləşdirə bilməz. Televiziya dilində bütün informasiyalar fonetik, leksik, qrammatik, üslubi səviyyələri əhatə edir. Televiziya verilişlərində işlədilən hər bir söz, ifadə düzgün səslənməlidir. Bu düzgün səslənmə ədəbi dilin fonetik normasını tənzimləyir. Şagirdlər elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi apararaq maraqlı təkliflər söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi