Ekoloji maarifləndirmə tədbirləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Şagirdlərdə ekoloji etikanın formalaşmasına yardım” layihəsi çərçivəsində tədbirlər keçirilib. Layihənin əsas məqsədi məktəblilərin ekoloji biliklərinin artırılmasına təşəbbüs göstərmək, şagirdləri ekoloji iməciliklərə cəlb etməklə onlara ekoloji bilgilərin praktik faydalarını izah etmək, uşaqlara təbiətlə düzgün təmas vərdişlərini aşılamaq, uşaq və yeniyetmələrdə ekoloji etikanın formalaşması işinə yardım etməkdən ibarətdir.