Yaşıl otlar üzərində keçirlən “Xarıbülbül” mövzusu unudulmaz xatirələrlə şagirdlərin yaddaşlarına həkk olundu.

Kimik biz? Təbiət adlı ucsuz-bucaqsız varlığın zərrələri deyilikmi? Bəs nə üçün unuduruq bəzən kimliyimizi? Təbiətə vurduğumuz hər zərərin sonda özümüzə etdiyimiz ziyan olduğunu niyə ağlımızdan çıxarırıq? Kiçik addımlarla başlayır Ana Təbiəti qorumaq. Bu kiçik vərdişləri biz müəllimlər olaraq yetişməkdə olan nəslə aşılamağı, hər bir hərəkətimizlə onlara örnək olmağı bacarmalıyıq. Bu gün şagirdlərin torpaqla, təbiətlə təmasda olarkən üzlərində gördüyümüz təbəssüm bir daha sübut etdi ki, bizlər daş-divar arasında yox, günəşin isti şüaları, təmiz havanın verdiyi təravətliklə xoşbəxt oluruq. Belə olduğu halda onun daimiliyini qorumaq, bizdən sonrakı nəsillərə, digər canlılara onu tərtəmiz çatdırmaq bizim də borcumuzdur. Yaşıl otlar üzərində keçirlən “Xarıbülbül” mövzusu unudulmaz xatirələrlə şagirdlərin yaddaşlarına həkk olundu. Onlar həm də təbiətin onlara bəxş etdiyi ən sadə görünən hava, su, torpağı necə qorumalı olduğumuzu bir daha dərindən düşündülər. Ümid edək ki, hər kəs öz insanlıq borcunu laiqincə yerinə yetirər, bizə ərmağan olunan “Təbiət” adlı möhtəşəmliyin dəyərini zamanında dərk edər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi