Heydər Əliyev Mərkəzinə ekskursiya

06.04.2024 il tarixdə məktəbin "Gənc tarixçilər"dərnəyinin üzvləri olan 5 b və 5 c sinif şagirdləri dərnək rəhbəri Günay Quliyeva və məktəbin Uşaq Birliyinin Rəhbəri Züleyxa Sultanovanın rəhbərliyi ilə Heydər Əliyev Mərkəzinə ekskursiya etdiler."Gənc tarixçilər"proqrami çərçivəsində həyata keçirilən bu ekskursiyada məqsəd şagirdlərin dünyagörüşünün formalaşdirilmasi və əyaniliyin təmin olunmasi idi.Burada şagirdlər "Kukla incəsənətdə","Özbəkistan tikmələrinə səyahət"adli sərgilərə böyük maraqla tamaşa etdilər.Ulu Öndər H.Əliyevin həyat və fəaliyyətini əks etdirən bölümdə isə şagirdlər H.Əliyevin həyat və fəaliyyəti ilə bağli şəkillər,videolar,əşyalarla yaxindan taniş oldular.Bundan əlavə burada qədim xalçalar,musiqi alətləri və Azərbaycan tarixinin müxtəlif dövrləri ilə bagli materiallarla da taniş oldular.Ekskursiya şagirdlərin boyük marağına səbəb oldu.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi