Məhəmməd Fizulinin 530 illik yubileyi münasibəti ilə “ dəyirmi masa”

         “ Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında “ Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “ Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilmişdir.Bu məqsədlə məktəbin Azərbaycan dili müəllimi Həcər Vəliyeva və kitabxanaçı Xatirə Rəsulovanın rəhbərliyi altında 7a sinif şagirdlərinin iştirakı ilə Məhəmməd Fizulinin 530 illik yubileyi münasibəti ilə “ dəyirmi masa” keçirilmişdir. Tədbirdə şairin lirik yaradıcılığı: qəzəlləri, qəsidələri, qitələri təhlil edilmişdir. "Leyli və Məcnun" əsərindən " Anasının Leyliyə nəsihəti" , "Leylinin anasına cavabı" hissələri əzbər söylənmiş, əsərdəki fikirlərin bu gün də öz aktuallığını itirmədiyi vurğulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi