Xocalı Abidəsi Kompleksini ziyarət

XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşən Xocalı soyqırımının qurbanları xalqımızın qəlbində əbədi yaşayır. Həmin faciədən 25 il ötür. Faciənin 25-ci ildönümü ölkəmizdə və dünyanın, demək olar, hər yerində qeyd olunur. Məktəbin illik Fəaliyyət Planının 1.3.16-cı bəndinə və BŞTİ tərəfindən təsdiq olunmuş "Xocalı soyqırımının iyirmi beşinci ildönümünün qeyd edilməsi ilə əlaqədar TƏDBİRLƏR PLANINA" müvafiq olaraq məktəblilərin xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərinin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə məktəbdə Xocalı hadisələrini əks etdirən fotostendlər, mətbuat nümunələri və şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil edilmiş, sinif təşkilat saatları keçirilmişdir.Xocalı faciə qurbanlarının xatirəsini yad etmək üçün məktəbin bir qrup müəllim və şagirdi tərəfindən Xocalı Abidəsi Kompleksi ziyarət edilmiş, abidənin önünə tər qərənfillər düzülərək faciə qurbanlarının xatirəsi yad edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi