Aprel döyüşləri

“Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir!” - Ali Baş Komandan İlham Əliyev

Azərbaycan xalqı hər zaman öz vətənini sevmiş, onun uğrunda hər bir qəhrəmanlığa, hər cür mübarizəyə hazır olmuş, vətəni canından əziz tutmuşdur.

Məktəbimizdə Aprel şəhidlərini anmaq məqsədilə tədbir keçirildi. Tədbir şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlandı. Məktəbin GÇH müəllimi, müharibə veteranı olan Vaqif Yunisov canlı aprel döyüşlərinin iştirakçısı olmuşdur. Şagirdlərlə söhbət zamanı aprel döyüşlərindən ən təsiredici hadisələri onlarla bölüşdü. Bu anlara təsirlənməmək mümkün deyildi. Aprel döyüşlərinin tarixi əhəmiyyətini, böyük qələbəmizin başlanğıc nöqtəsi olduğunu vurğuladı.

Azərbaycanın Aprel zəfərində canından keçən qəhrəman oğullardan biri də məktəbimizin şəhid məzunu, Polkovnik-leytenant Sənan Axundov olmuşdur. Tədbir zamanı onun haqqında məlumat verildi, döyüş zamanı etdiyi qəhrəmanlıqlardan söhbət açıldı.

Tədbirin sonunda aprel döyüşlərinə həsr olunmuş videoçarxa baxıldı. Belə tədbirlərin keçirilməsi uşaqların və gənc nəslin vətənpərvər ruhda böyüməsinə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi