Milli geyimlərimiz - EKO AYLIQ

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də“Ekologiya və Sağlamlıq”dır. “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin fevral ayında “Ekoloji mədəniyyət və incəsənət"," Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. Bunlardan biri məktəbin ibtidai sinif müəllimi Şövkət Novruzovanın rəhbərliyi ilə Azərbaycan milli geyimlərinə həsr edilmiş “Ənənədən gələcəyə” adlı bədii kompozisiyanı nümunə göstərmək olar.Şagirdlər milli geyimlər barədə topladıqları məlumatları söylədilər. Bildirdilər ki, Azərbaycan milli geyimləri Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranmışdır.Azərbaycan milli geyimləri azərbaycanlıların maddi mədəniyyətini, onlara xas olan xüsusiyyətləri əks etdirir və xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Xalqın etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır.Sonra onlar Azərbaycan milli geyim nümunələrini həm slayd, həm də geyinməklə əyani olaraq nümayiş etdirdilər. Milli geyimlər və onun aksessuarlarına aid plastilindən, rəngli kağızlardan, parça və muncuqlardan hazırladıqları əl işlərini təqdim etdirdilər. Sonda şagirdlərin əl işləri məktəbin foyesində sərgiləndi.