Milli mətbəximiz- EKO AYLIQ

“Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin fevral ayında “Ekoloji mədəniyyət və incəsənət"," Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. Mövzu ilə bağlı məktəbimizdə müxtəlif səpkidə tədbirlər həyata keçirildi. Bunlardan biri də Azərbaycan mətbəxinə həsr edildi.Azərbaycan mətbəxi — dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Azərbaycan milli mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Azərbaycan milli mətbəxi mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir. Bu məqsədlə sinif rəhbərləri Səbinə Novruzovanın rəhbərliyi ilə şagirdlərimiz Azərbaycan mətbəxi mövzusunda araşdırma aparmış, sonra isə hazırladıqları səhnəcikdə sanki əcnəbi qonağı qarşılayaraq milli mətbəximizlə onu tanış etməyə çalışmışlar. Tədbirdə şagirdlərlə yanaşı, valideynlər də həvəslə iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi