Bu gün Beynəlxalq Riyaziyyat Günü ilə bağlı tədbir keçirilib.

Bu gün Beynəlxalq Riyaziyyat Günü ilə bağlı tədbir keçirilib.

Məktəbimizin riyaziyyat müəllimi, eyni zamanda, riyaziyyat metodbirləşmə rəhbəri Vüsalə müəllimin təşkilatçılığı ilə şagirdlər "Pi" gününü qeyd etdirlər.

Pi ilə bağlı maraqlı faktlar bölüşən şagirdlər, Pi kəmiyyətini ifadə edən sonsuz ədədin ən çox rəqəmini yadda saxlayaraq, şifahi ardıcıllıqla deyə bilən şagird kitab hədiyyəsi ilə mükafatlandırıldı.

Maraqlı məqam o oldu ki, riyaziyyat fənni üzrə təlim nəticəsi o qədər də yüksək olmayan şagirdimiz bu yarışın qalibi oldu. O, şifahi olaraq Pi kəmiyyətinin tam olaraq 90-na yaxın rəqəmini tam ardıcıllıqla düzgün söylədi. (Bəlkə də şagirdin riyaziyyat bacarığını biz kəşf edə bilməmişdik bu günə kimi)

Tədbirdə Pi kəmiyyətinin rəqəmlərinin pianoda ifasını dinlədik, bütün sahələrdə riyaziyyatın gücündən danışdıq və.s

Tədbir həm maraqlı, həm də öyrədici idi.

Tədbirin təşkilinə görə şagird və müəllimlərə təşəkkür edirəm.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi