Yel çərşənbəsi

Yel mifik təfəkkürünə görə, həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir.

Elə biz də məktəb olaraq bu gün aşağı sinif şagirdlərimizə 45 dəqiqə dərs müddətində "Milli adətlərimiz" adlı dərsdə ənənələrimizi düzgün davam etdirməyin yolunu göstərməyə çalışdıq.

Məktəbimizin Azərbaycan dili və Ədəbiyyat müəllimi Vəsmiyə müəllimin sinif rəhbəri olduğu 5B sinfində 45 dəqiqəlik dərsini Azərbaycan xalqının milli adət-ənənələrinə həsr edib.

YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz bayramı, bu bayramın çərşənbələrinin mahiyyəti haqqında şagirdlər ilə birlikdə fikir mübadiləsi aparmışdır.

Dərsin sonunu şagirdlər, 44 günlük Zəfər müharibəsində döyüşə "Vətən yaxşıdır" musiqisini ifa edərək gedən şəhidimiz Xudayar Yusifzadənin ifa etdiyi elə həmin əsər ilə bitirdilər.

P.s: Milli geyim müəlliməmizin əynində daha da parlaq işıq saçıb. Təşəkkür edirəm dəyərli Vəsmiyə müəllim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi