Şagirdimiz FİSO məntiq olimpiyadasında qaliblərdən olub...

Şagirdimiz FİSO məntiq olimpiyadasında qaliblərdən olub...

 Məktəbin 7B sinif şagirdi Musayev Röyal 21 yanvar 2024 tarixində FİSO məntiq olimpiyadasının Bakıda keçirilən yerli raundunda iştirak edərək IV səviyyə üzrə mövcud 25 sualın 22 -ni doğru cavablandıraraq bürünc medal qazanmışdır.

Bununla yanaşı o,FİSO beynəlxalq olimpiyadasının BƏƏ-də keçiriləcək qlobal raundunda iştirak hüququ qazanmışdır.

 FiSO şagirdlərin Riyaziyyat, İngilis, Məntiq, Kimya, Fizika, Biologiya və İncəsənət kimi müxtəlif sahələrdə bilik və bacarıqlarını sınayıb inkişaf etdirmələri üçün nəzərdə tutulmuş beynəlxalq bir yarışmadır.

Olimpiada, tələbələrin elm və təhsil sahələrində öz potensiallarını kəşf etmələrinə və gələcəkdə bu sahələrdə uğur qazanmağa hazırlıq görmələrinə imkan yaradır.

İştirakçılar, həm milli həm də beynəlxalq mərhələlərdə öz bilik və bacarıqlarını nümayiş etdirə bilərlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi