“İdman həftəsi” – V gün

“İdman həftəsi” – V gün

1 – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirililməsi nəzərdə tutulmuşdur. "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.

“İdman həftəsi”nin beşinci günü “Sağlam qidalanma və idman” bəndini reallaşdırmaq məqsədilə öncədən tərtib olunmuş proqram həyata keçirildi.

Məktəbin psixoloqu Səbinə Orucova şagirdlərlə “Sağlam qidalanma və idman” mövzusunda maarifləndirici söhbət apardı.

Bildirdi ki, düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. İdmanda istənilən nəticəni almaq üçün qidaların əhəmiyyəti çox böyükdür. Düzgün məşq və sağlam qidalanma ilə insanlar istədikləri formada qala bilərlər. Artıq sübut olunub ki, düzgün, balanslı qidalanma və maye istehlakı ilə məşqin səmərəliliyi artırıla bilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi