“Çərşənbə iməcilikləri” -layihəsi

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində müxtəlif ekoloji layihələrdən biri də Novruz bayrami ərəfəsində “Çərşənbə iməcilikləri” layihəsidir. Novruz bayramı ərəfəsində 4 çərşənbə axşamının hər birində məktəb və məktəbyanı ərazilərdə iməciliyin keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün Novruz bayramının ilk çərşənbəsi "Su çərşənbəsi"dir. Bu çərşənbədə su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azar-- bezarını ona verənlər il boyu xəstəliklərdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.Məktəbdə Su çərşənbəsi müəllim və şagirdlərin iştirakı ilə gözəl əhval-- ruhiyyə ilə qeyd edildi. Məktəb ərazisində iməcilik təşkil edilərək təmizlik işləri aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi