Şagirdlərimiz fabrikdə - EKO AYLIQ

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də“Ekologiya və Sağlamlıq”dır. “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin fevral ayında “Ekoloji mədəniyyət və incəsənət"," Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur.Milli kulinariyamızın əsas növlərindən biri də şirniyyatlardır. Şagirdlərimiz "Ulduz" şokolad fabikinə ekskursiya etdilər. Onlar fabrikdə milli şirniyyat məhsullarımızın istehsalı prosesi ilə yaxından tanış oldular, ayrı-ayrı sexlərdə iş prosesinə tamaşa etdilər. Ekskursiya zamanı rəhbərlik işçiləri şagirdlərə fabrik haqqında məlumatlar verdilər, sonra şagirdlər fabrikin yaranma tarixi və nailiyyətlərinə həsr olunmuş filmə tamaşa etdilər. Rəhbərlik tərəfindən onlar sevimli şirniyyatlara da qonaq oldular. Şagirdlər fabrikdən xoş təəssüratlarla ayrıldılar. Burada həm də məqsəd məktəbin fəaliyyətinin 1.3.7-ci bəndinə əsasən tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların təşkili, şagirdlərin marağının müəyyənləşdirilməsi, onlarda peşələr barədə məlumatlar yaranması idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi