21 FEVRAL BEYNƏLXALQ ANA DİLİ GÜNÜ - açıq dərs

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Fevral ayı məktəbdə Azərbaycan dili və ədəbiyyat aylığı elan olunmuşdur. Aylıq çərçivəsində 21 Fevral Beynəlxalq Ana Dili günü ilə əlaqədar 5ç sinfində Azərbaycan dili müəllimi Həcər Həsənovanın rəhbərliyi ilə açıq dərs təşkil olundu. Dərs zamanı Həcər müəllim ana dilimizin müqəddəsliyi, onun təmizliyinin qorunması, əhəmiyyəti haqqında şagirdlərə məlumat verdi, Sonra ayrı-ayrı şagirdlərin təqdimatında ana dilimiz haqqında kəlamlar, bayatılar, seirlər söylədilər. Dərs şagirdlərin fəallığı ilə keçdi.