21 FEVRAL- BEYNƏLXALQ ANA DİLİ GÜNÜDÜR

Məktəbdə 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir təşkil edildi. Tədbiri Azərbaycan dili müəllimi Yeganə Bəkirova ana dilimiz, onun hər zaman əziz olmasına həsr olunmuş şeirlə açaraq qonaqları salamladı və sözü şagirdlərə verdi. Tədbirdə ana dilimizin tarixində əvəzsiz rolu olan ədiblərimiz haqqında film-slayd nümayiş olundu. Şagirdlərin ifasında ana dilimizə həsr olunmuş şeirlər, musiqi parçaları və səhnəciklər təqdim olundu, ədəbi-bədii kompozisiyaya tamaşa edildi. Məktəbin foyesində isə Ana Dili Gününə həsr edilmiş guşə yaradıldı.