"Sarı gəlin"- EKO AYLIQ

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də“Ekologiya və Sağlamlıq”dır. “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin fevral ayında “Ekoloji mədəniyyət və incəsənət", "Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. Bunlardan biri də məktəbin musiqi müəllimi Təranə Hüseynovanın rəhbərliyi ilə hazırlanmış “Sarı gəlin” adlı musiqili bədii kompozisiya idi. Tədbir “Ekoloji mədəniyyət və incəsənətin təbliği” istiqamətində şagirdlərin tədqiqatçılığı ilə milli-mənəvi sərvətimiz olan musiqimiz və onun qorunmasına həsr edilmişdi.Azərbaycan xalqının həyatı , mübarizəsi, zərif bəşəri duyğuları , sevinc və kədəri xalq mahnılarında öz əksini tapmışdır. Azərbaycanın tarixi torpaqları ilə yanaşı olaraq ermənilər mədəniyyətimizə də təcavüzü davam etdirirlər. Xalq və bəstəkar mahnılarımız, rəqslərimiz oğurlanır. Tədqimatlarında şagirdlər bildirbilər ki, 40-dan çox musiqi nümunəmiz və rəqslərimiz mənimsənilib. Xalq rəqsimiz olan ”Novruzu” rəqsini vaxtilə Fiqraniyan “Anuş” operasında xəyalpərvər rəqs kimi işləmişdir. Digər oğurlanan rəqslərimizdən“Köçəri” , “Uzundərə” , “Şalaxo” , “Halay” , “İnnabı” , ”Ceyran”, “Cəngi”, “Tərəkəmə”və başqalarını nümunə göstərmək olar. Yalnız rəqslər deyil, musiqilər də mənimsənilmişdir. “Süsən sünbülü” mahnısını erməni mahnısı kimi təqdim etmişlər. Xalq mahnımızın müəllifi isə erməni aşığı “Şeram” kimi təqdim olunub. ”Süsən sünbül” Azərbaycan xalq mahnısı erməni dilində “ alvan – vorter” adı ilə ifadə olunur. Bu ifadə dilimizə tərcümədə “Əlvan qızılgüllər” mənasına gəlir. Görkəmli bəstəkarımız Üzeyir Hacıbəyovun “Koroğlu” operasının müəyyən hissələri, Fikrət Əmirovun “Kor ərəbin mahnısı” erməni plagiatının qurbanı olub. Bu adların siyahısını çoxaltmaq olar. Ermənistan BMT-nin əqli mülkiyyət sahəsində ixtisaslaşmış bir qurumu olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvü olduğundan bütün ölkələr əqli mülkiyyətin qorunması ilə bağlı prinsiplərə əməl etməyə borcludur. Məsələ ondadır ki, Ermənistan buna əməl etmir. Şagirdlər musiqimiz haqqında məlumatlar araşdırmış, musiqimizin tarixi, keçdiyi keşməkeşli tarxi yol haqqında öyrəndiklərini təqdim etdilər, sonra onlar tərəfindən musiqimizin qorunması barədə fikir mübadiləsi aparıldı. Şagirdlərin ifasında unudulmuş rəqslər təqdim edildi. Tədbirin qonaqları: direktor Həcər Mahmudova şagirdlərə belə bir tədqiqat işini təşkil etdiklərinə görə təşəkkürünü bildirərək milli-mənəvi dəyərlərimizi hər zaman qorumağı tövsiyə etdi.Bildirdi ki, bizim hər birimizin əsas amalımız Azərbaycan Xalq mahnılarının, rəqslərinin, bəstəkar mahnılarının erməni təcavüzkarları tərəfindən özününküləşdirilməsinə qarşı mübarizə aparmaqdır və öz mədəni irsimizə sahib çıxmaqdır.Bizi millət kimi qoruyan, saxlayan bu mədəni irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi borcudur. Sonra tədbirin qonağı əslən Kəlbəcərdən olan valideyn, şair qəlbli ziyalı Zakir Həsənoğlu tədbirdən aldığı gözəl təəssüratları söyləyərək şagirdlərə və onların mübariz ruhda tərbiyə olunmasında əməyi keçən pedaqoji kollektivə xoş arzularını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi