“Məktəblərin əməkdaşlığı ilə 45 dəqiqəlik dərs nümayişi” layihəsi çərçivəsində nümunəvi dərs keçirilib.

Biz birlikdə güclüyük...

“Məktəblərin əməkdaşlığı ilə 45 dəqiqəlik dərs nümayişi” layihəsi çərçivəsində nümunəvi dərs keçirilib.

Nümunəvi dərsdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentıiyinin müdir mavini Mehriban xanım Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Təlimə Dəstək Mərkəzinin metodistləri və Binəqədi rayonu üzrə kurator məktəblərin rəhbərləri iştirak ediblər.

Bakı şəhəri 144 nömrəli tam orta məktəbin təşəbbüsü ilə keçirilən nümunəvi dərslərin əsas məqsədi kurasiyaya daxil olan məktəblər arasında idarəetmənin optimallaşdırılması, effektiv kommunikasiyanın yaradılması, birgə əməkdaşlığın təmin olunması ilə 45 dəqiqəlik dərsin ən yaxşı formada təşkilindən ibarətdir.

Üç hissədən ibarət görüşdə BŞTİ-nin monitorinq nəticələrinin təhlili və dərsdinləmənin aparılması qaydaları barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi