Kikboksinq üzrə çempion, 9-cu sinif şagirdimiz İmran.

Tanış olun, 9-cu sinif şagirdimiz İmrandır. Həm ağıllı, həm təmkinli, həm nümunəvi, həm də kikboksinq üzrə çempiondur İmran.

İmran İdman və Gənclər Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə "Xocalı idman Klubu"nun KİKBOKSİNQ idman növü üzrə I YER’ in qalibi olmuşdur.

İdmanla məşğul olmaq uşaqların fizioloji və psixoloji sağlamlığı üçün çox faydalıdır. İdman etmək uşağın özünə olan güvənini artırır, liderlik bacarığı inkişaf etdirir, onlarda müsbət xarakterik xüsusiyyətlərin formalaşmasına köməklik göstərir. Eyni zamanda idman uşaqlarda daha rahat dostluq qurmaq bacarığı formalaşdırır.İdmanın uşaqların fiziki görünüşlərinə də təsiri çoxdur. Xüsusilə, yeniyetməlik dövründə bədən quruluşları onları bəzən narahat edir və özlərinə güvən hissləri azalır. Buna görə də idmanla məşğul olmaq onları daha sağlam və özgüvənli edir.

Vacib məqam isə ondan ibarətdir ki, biz uşaqların sağlam mühitdə idmanla məşğul olmağına şərait yaratmalıyıq. Biz deyəndə ilk növbədə valideynləri, sonra məktəbi, məşq etdiyi məkanı və ümumən cəmiyyəti nəzərdə tuturam.

Mən bu gün İmran ilə söhbətdən sonra onun valideynlərinə zəng edib belə bir övlad böyütdükləri üçün onlara təşəkkür etdim. Daha sonra müəllimlərinə minnətdarlığımı bildirdim.

Valideynləri bundan sonra da İmrana dəstək olmasalar, onun sağlam mühitdə böyüməsinə şərait yaratmasalar, tək məktəb olaraq İmranın bu uğuruna, sonuna kimi elə bu dəst-xətlə davam etməsinə dəstək olmağa bizim gücümüz çatmaz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi