Xocalı faciəsinə həsr olunmuş tədbirlər planını əsas tutaraq 6 a sinfində mərhum rejissor C.Mirzəyevin çəkdiyi " Fəryad" filminə baxış keçirildi.

Bu gün tarixin qan yaddaşı olan Xocalı faciəsinə həsr olunmuş tədbirlər planını əsas tutaraq 6 a sinfində UBR Z.Soltanova və kitabxanaçı L.Qurbanovanın təşəbbüsü ilə mərhum rejissor C.Mirzəyevin çəkdiyi " Fəryad" filminə baxış keçirildi.Məqsəd erməni vəhşiliklərinin acı həqiqətlərini şagirdlərə çatdırmaq, düşmənə qarşı amansız, mübariz olmağı onlara aşılamaq idi.Filmi diqqətlə izləyən şagirdlər onları maraqlandıran suallar vermiş, onlara cavab almışlar.Sonra

filmin ağırlığından təsirlənən şagirdlərdə ruh yüksəkliyini qaldırmaq üçün düşməndən alınan intiqam hissini özündə əks etdirən videoçarx nümayiş etdirildi.Xocalının intiqamını alan Azərbaycan oğulları işğaldan azad olunmuş torpaqlarımızda düşmənə göz dağı yaşatmaq üçün"Şalaxo"rəqsi edərək filmin simvolik səhnəsini canlandırdılar.Qalib bir ölkənin vətəndaşı kimi böyümək və yetişmək üçün tarixi həqiqətlərin təbliğ olunması vətəndaşlıq borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi