Ana dili aylığı- dəyirmi masa

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Fevral ayı məktəbdə Azərbaycan dili və ədəbiyyat aylığı elan olunmuşdur. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, ədəbi-bədii kompozisiyaların, dəyirmi masaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur. Fevralın 20-də məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilə ibtidai sinif müəllimlərinin birgə iştirakı ilə dəyirmi masa təşkil edildi. Burada ibtidai təhsil pilləsində təhsil alan şagirdlərin gələcəkdə yuxarı təhsil prosesində təlim nəticələrinin yaxşılaşdırılması istiqamətində birgə əməkdaşlıq yolları müəllimlər tərəfindən müzakirə olundu, fənn müəllimlərinin təklifləri səsləndi. Onlar tərəfindən irəli sürülən rəy və təkliflər ibtidai sinif müəllimləri tərəfindən müsbət qəbul olundu ki, bu da onların ibtidai təhsil pilləsində təhsilalanların təlim nəticələrinin yaxşılaşdırılmasına səbəb olacaqdır.