DAĞ VÜQARLI QALALAR - EKO AYLIQ

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də“Ekologiya və Sağlamlıq”dır. “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin fevral ayında “Ekoloji mədəniyyət və incəsənət"," Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. Mövzu ilə bağlı məktəbimizdə müxtəlif səpkidə tədbirlər həyata keçirilir. Bunlardan biri məktəbin ibtidai sinif müəllimi Tərlan Kərimovanın rəhbərliyi ilə 4a sinfində “Dağ vüqarlı qalalar” mövzusunda təşkil edilmiş ədəbi-bədii kompozisiyanı nümunə göstərmək olar. Tədbir zamanı şagirdlərin təqdimatında daim Vətənimizin qüruru sayılan tarixi abidələr və onların tarixinə həsr edilmiş təqdimatlar, əl işləri nümayiş etdirildi, şagirdlər həmin abidələr haqqında seirlər və araşdıraraq öyrəndikləri məlumatları söylədilər, mövzu üzrə çəkdikləri rəsmləri təqdim etdilər.Sonra şagirdlər arasında fikir mübadiləsi aparıldı, hazırladıqları yazı materialları təqdim edildi. Tədbirin təşkil edilməsində məqsəd şagirdlərə tarixi abidələrin əhəmiyyətinin öyrədilməsi və onlarda milli vətənpərvərlik ruhunun aşılanması idi. Bu istiqamətdə məktəbdə məqsədyönlü işlərin davamı nəzərdə tutulmuş və həyata keçiriləcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi