Kiçik Akademiya- Biologiya bloku- Vitaminlər

Məktəbin illik fəaliyyət planının 1.1.1.14-cü bəndinə uyğun olaraq "Kiçik Akademiya"nın fəaliyyəti çərçivəsində şagirlərin elmi potensialının üzə çıxarılması istiqamətində məktəbdə ardıcıl işlər görülür. Bunlardan biri də "Kiçik Akademiya"nın Biologiya bloku fəallarının "Vitaminlər" mövzusunda təşkil etdikləri toplantını misal göstərmək olar. Burada şagirdlər müstəqil olaraq vitaminlər və onların əhəmiyyəti haqqında axtarışlar edərək təqdimatlar hazırladılar. Müzakirə zamanı onlar vitamin çatışmazlıqlarının səbəbləri haqqında fikirlərini söylədilər, sonra isə vitamin çatışmazlıqlarının nəticələri barədə ətraflı məlumat verdilər.Vitamin çatışmazlıqlarının aradan qaldırılması yollarını təklif etdilər. Müzakirə şagirdlərin yüksək fəallığı şəraitində keçdi. Sonda meyarlar əsasında fərqlənən şagirdlər rəğbətləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi