Qərib qalalar - EKO AYLIQ
2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də“Ekologiya və Sağlamlıq”dır. “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin fevral ayında “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. Mövzu ilə bağlı məktəbimizdə müxtəlif səpkidə tədbirlər həyata keçirilir. Bunlardan biri məktəbin tarix müəllimi Leyla Novruzovanın rəhbərliyi ilə “Qərib qalalar” mövzusunda təşkil edilmiş dəyirmi masanı nümunə göstərmək olar. Tədbir zamanı şagirdlərin təqdimatında Qarabağ müharibəsi zamanı düşmən işğalına məruz qalmış tarixi abidələr və onların tarixinə həsr edilmiş təqdimatlar nümayiş edildi, şagirdlər həmin abidələr haqqında araşdıraraq öyrəndikləri məlumatları söylədilər, mövzu üzrə çəkdikləri rəsmləri təqdim etdilər.Sonra şagirdlər arasında fikir mübadiləsi aparıldı, hazırladıqları yazı materialları təqdim edildi. Tədbirin təşkil edilməsində məqsəd şagirdlərə müvəqqəti olaraq qəriblikdə qalan tarixi abidələrimizin tanıdılması və onlarda milli vətənpərvərlik ruhunun daha da artırılması idi. Bu istiqamətdə məktəbdə məqsədyönlü işlərin davamı nəzərdə tutulmuş və həyata keçirəcəkdir.