Kəmalə müəllimə 9A şagirdlərinin imtahan qabağı motivasiyalarını artırmaq üçün onları milli kitab kafesinə aparmışdır

Şagirdə qayğı ilə sevgi ötürənlər...

Müəllimlə şagirdin əməkdaşlığı təkcə tədris metod və vasitələrinin tətbiqindən ibarət deyil. Burada mənəvi əlaqə olmalıdır. Müəllim ötürdüyünün şagird tərəfindən qəbul edilməsinə, özününküləşdirməsinə şərait yaratmalıdır. Bu mənəvi əlaqə emosional, qiymətləndirici və iradi xarakter daşıyır.

Bildiyiniz kimi 9 və 11- ci sinifləri qarşıdakı aylarda imtahan gözləyir. Bu bir çox şagirdlərdə həyəcan, qorxu yaradır, normal olaraq. Bu vaxtlarda uşaqlarımızın yanında olmalı, onlara hər zamankından daha çox qayğı, sevgi, nəvaziş göstərməliyik.Bizim üçün onların sağlamlığının, xoşbəxtliyinin dəyəri, biliklərini ölçən qiymətdən daha yüksək olduğunu onlara hiss etdirməliyik.

Şəkildə gördüyünüz xanımlar 9A sinfinin qız şagirdləridir. Bu sinifdə 29 şagird təhsil alır onlardan cəmi 9- u qızdır.

Sevimli müəllimləri Kəmalə xanım qız şagirdlərinin imtahan qabağı motivasiyalarını artırmaq üçün onları milli kitab kafesinə aparmışdır. Səmimi ortam şagirdlərin olduqca çox xoşlarına gəldiyi görüntülərdən məlumdur.

Qarşıdakı günlərdə isə sinifin digər şagirdləri ilə də gəzinti planlaşdırıblar.

Bu kimi fəaliyyətlər ilə şagirdlərin sevgisini qazanmaq, onların yaddaşında məktəblə bağlı, müəllimləri ilə bağlı xoş xatirələr yaranmasına, eləcə də daxilən sevgi hissinin oyanmasına səbəb olacaq fəaliyyətlərdir.

Sevgimizi, qayğımızı, diqqətimizi onlardan əsirgəməyək. Bu sevgi mütləq ki, bizə geri dönüş edəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi