Müəllimlərimiz oxu marafonunda ...
Müəllimlərimiz oxu marafonunda ...
Azərbaycan Nəşriyyatları Assosiasiyası və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı, ASAN Xidmət və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Azərbaycan Gənc Müəllimlər Assosiasiyası dəstəyi, Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə II Kitabqurdu Payız Oxu Marafonu keçirilmişdir.
Məktəbimizin riyaziyyat müəllimi Vüsalə xanım marafonda fəal iştirak etmişdir.
Ümumilikdə 3000 civarında oxucunun qoşulduğu marafonun final mərhələsinə 10 nəfər iştirak hüququ qazanmışdır və bu 10 nəfər oxucudan biri də Vüsalə müəllimdir.
Növbəti həftələrdə final turu keçiriləcək.
Vüsalə xanıma final turunda uğurlar arzulayıram.
İnanıram ki, müəlliməmiz oxuduğu kitabların maraqlı məqamlarından , marafon müddətində yaşadığı xoş anlardan şagirdlərinə bəhs edərək, onlarda da kitab oxumağa, mütaliə etməyə maraq yaradacaqdır.