21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbdə müxtəlif məzmunlu tədbirlər keçirilir.
21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbdə müxtəlif məzmunlu nümunəvi dərslər, şagirdlərin təqdimatlarından ibarət sərgilər, əsərlərin müzakirəsi, şeir müsabiqələri, sinif saatları keçirilir.
Bu gün 6 B sinfində nümunəvi dərs təşkil olundu.
Müəllim: Vəsmiyə Aslanova
Mövzu: Ağdam çörək muzeyi
Standart:1.2.1. ; 4.1.3.
Təlim nəticəsi: 1.Qrafik informasiyanı rabitəli mətnə çevirərək şifahi şəkildə təqdim edir.
2.O, bu əvəzliklərindən sonra vergül işarəsinin qoyulması qaydalarına yazıda riayət edir.