02.02.2024- cü il tarixdə məktəbdə Pedaqoji şura iclası keçirildi.

02.02.2024- cü il tarixdə məktəbdə Pedaqoji şura iclası keçirildi.
İclas məktəb rəhbərliyi tərəfindən açıq elan olundu. İlk olaraq 2023/2024-cü tədris ilində l yarımilin yekunları barədə məlumat verildi. Tədbirdə həmçinin sinif və elektron jurnallarının işlənməsi, təlim tərbiyə prosesinin tənzimlənməsi, şagird davranış qaydalarının tətbiqi vəziyyəti, şagirdlərin təlim nailiyyətlərinin təhlili, məktəbdə mövcud psixolji-emosinal vəziyyətin tənzimlənməsi məsələləri də müzakirə olundu. Əlavə olaraq növbəti aylar- fevral, mart ayları ərzində təhsilalanların təhlükəsizliyinin təminatı, bu istiqamətdə maarifləndirmə işinin aparılacağı, həmçinin, müəllim və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi, valideynlərlə işin artırılacağı haqqında müzakirələr də aparıldı. Görüşdə eyni zamanda, məktəb psixoloqu Səbinə Orucovanın məktəbdə psixoloji işin təşkili haqqında geniş məruzəsi dinlənildi.
“2 fevral- Gənclər Günü” münasibətilə məktəbin
bir neçə gənc müəlliminə diplom və hədiyyələr təqdim olundu, yubilyar müəllimlər təbrik edildi. Tədbirin sonunda məktəbin bir qrup fəal valideyninə məktəbin ictimai və sosial fəaliyyətində yaxından iştirak etdiyi və nümunəvi övlad yetişdiyi üçün “ Təşəkkürnamə” təqdim olundu. Valideynlərin çıxışları və təklifləri dinlənildi.