20 Yanvar faciəsinə həsr olunmuş dərslər.

20 Yanvar faciəsinə həsr olunmuş dərslər.

Birinci dərslər “20 Yanvar Ümumxalq Hüzn Günü”nə həsr olundu.

Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən yanvarın 19 – u ilk dərslər “20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə” həsr olundu. Təlimata müvafiq olaraq məktəbin I – IV siniflərində “20 Yanvar şəhidləri”, V – IX siniflərində “ 20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri”, X – XI siniflərdə “20 Yanvarın bizə verdiyi vətəndaş dərsi” adlı dərslər keçirildi.

Dərslər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Dərslərdə fənn müəllimləri 20 Yanvar faciəsinin Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsinin ucaltdığı,öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu şagirdlərin nəzərinə çatdırdılar. 34 ildir Azərbaycan xalqının bu günü, Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad etdiklərini vurğuladılar..

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi