Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü

Məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir. Bunlardan biri də şagirdləriniştirakı ilə keçirilən "Əbədiyaşar insan" adlı növbəti tədbir oldu. Tədbirdə millət vəkili Sabir Rüsrəmxanlı, "Gənc Heydərçilər" təşkilatının rəhbərliyi, məktəbin pedaqoji kollektivi və şagirdləri, valideynlər, 42 N-li diyarşünaslıq və gənc turistlər mərkəzinin əməkdaşları iştirak etdilər.Tədbirdə Ulu öndərin şərəfli ömür yolunu əks etdirən film-slayd nümayiş etdirildi. Sonra şagirdlərin ifasında Ümummilli liderimizə həsr edilmiş mahnılar, şerlər səsləndirildi. Millət vəkili, yazıçı-publisist Sabir Rüstəmxanlı Ulu Öndər haqqında xoş xatirələrini söylədi və gənc nəslə onun ideyalarına sadiq olmağı tövsiyə etdi. Tədbir zamanı "Gənc Heydərçilər" təşkilatı sıralarına qəbul edilmiş şagirdlər diplomla təltif edilmişlər.Məktəbin direktoru Həcər Mahmudova qonaqları Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən foto, kitab və jurnallardan ibarət xüsusi guşə ilə tanış etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi